Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Xəyyam Əliyevin özündən sonra bizlərə əmanət qoyduğu yeganə balası Əlixan Əliyevin bu gün 4 yaşı tamam olur

28 avqust 2023 | 09:53
Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz Xəyyam Əliyevin özündən sonra bizlərə əmanət qoyduğu yeganə balası Əlixan Əliyevin bu gün 4 yaşı tamam olur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin övladını doğum günü münasibətilə təbrik edib və Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edib.
RİH başçısı balaca Əlixana səmimi ürək sözlərini və təbriklərini çatdıraraq ona xoşbəxt və firavan gələcək arzulayıb.
O, bildirib ki, Xəyyam kimi qəhrəmanlarımızın sayəsində bu gün xalqımız qürurludur, başımız dik, alnımız açıqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda qorxmadan həlak olmağı bacaran məğrur və qalib millət olduğumuzu bütün dünyaya sübut etdi.
Keçidlər