Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Orucov Səbuhi Vahid oğlunun və Manafov Osman Natiq oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım günü qeyd olunub

28 oktyabr 2022 | 08:36

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid Orucov Səbuhi Vahid oğlunun və "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən Manafov Osman Natiq oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım günü qeyd olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər tərəfindən Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında Şəhidlərimizin məzarınları ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq dualar oxunub.
Şəhidlərin məzarı önündə çıxış edən RİH başçısı Əziz Əzizov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib.
Keçidlər