Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqilab Füzuli oğlunun 40 mərasimi keçirilib

01 noyabr 2023 | 17:27
Noyabrın 1-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqilab Füzuli oğlunun 40 mərasimi keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qasımzadə İnqilab Füzuli oğlunun Zığ qəsəbə qəbiristanlığında məzarı ziyarət olunub, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Keçidlər