Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Məmmədli Davud Fuad oğlunun 3 mərasimi keçirilib

26 may 2023 | 11:28
Mayın 26-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid əsgər 2003-cü il təvəllüdlü Məmmədli Davud Fuad oğlunun 3 mərasimi keçirilib.
İlk öncə rayon rəhbərliyinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Daha sonra açılan ehsan süfrəsində onun əziz xatirəsi ehtiramla yad edilib.
RİH başçısı Əziz Əzizov Şəhidimiz Davud Məmmədlinin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman Vətən naminə canını qurban vermiş Şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
Keçidlər