Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Babayev Fərhad Məhərrəm oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksi ziyarət olunub, əziz xatirəsinə ehsan süfrəsi açılıb

24 oktyabr 2022 | 09:01
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Babayev Fərhad Məhərrəm oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksi ziyarət olunub, əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və şəhid ailələrinin iştirak ediblər.
Anım mərasimində qorxmaz, vətən sevdalı döyüşcü Fərhad Babayevin ölməz qəhrəmanlığından danışılıb.
Keçidlər