Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailə üzvləri, əlilliyi olan müharibə iştirakçıları və digər əlilliyi olan şəxslər üçün "Psixoloji qrup terapiyası -Ebru sənəti masterklası" keçirilib

02 avqust 2024 | 12:40
    Avqustun 2-də Suraxanı rayonu Heydər Əliyev parkında Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Respublika Reabilitasiya Mərkəzi tərəfindən şəhid ailə üzvləri, əlilliyi olan müharibə iştirakçıları və digər əlilliyi olan şəxslər üçün Ebru sənəti təlimçiləri ilə birlikdə "Psixoloji qrup terapiyası -Ebru sənəti masterklası" keçirilib.
    Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları iştirak ediblər.
Qeyd olunub ki, ebru sənətindən terapiya növü kimi də istifadə edilir. Belə ki, ebru terapiyası digər terapiyalarla müqayisədə insana mənəvi rahatlıq gətirir. Ebru sənəti ilə məşğul olarkən insan indiki hiss və düşüncələrini rənglər və naxışlarla ifadə edir.
Ebru sənəti əlilliyi olan şəxslərin emosional vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə, təxəyyülün inkişafına, serebral iflic, sinir sistemi xəstəlikləri, stress, şəxsiyyət pozuntuları və s. olan şəxslərin sosial-psixoloji reabilitasiyasına müsbət təsir göstərir.
Keçidlər