Şahid əsgər Əmircan qəsəbə Şəhdlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunub
24 may 2023 | 09:51
Şahid əsgər 2003-cü il təvəllüdlü Məmmədli Davud Fuad oğlunun nəşi yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsinə gətirilərək ailə üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə vida mərasimi keçirilib, sonra Əmircan qəsəbə Şəhdlər Xiyabanında dövlət himnimizin sədaları altında dəfn olunub.
Dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı RİH başçısı Əziz Əzizov tərəfindən şəhidin atası Fuad Məmmədova təqdim edilib. O, Şəhidin ailə üzvlərinə təskinlik verərək bildirib ki, Şəhidlərimiz bizim qürur mənbəyimizdir, fəxr olunan belə igid oğullarımızın hesabına əzəli torpaqlarımız azadlığa qovuşub.
Bir daha torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!