Şriftin ölçüsü :

Saytın rəngi :

RİH yanında İctimai Şuraya yeni seçilmiş üzvlərlə görüş keçirib

06 mart 2025 | 14:00

RİHB-nin müavinlərinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev İctimai Şuraya yeni seçilmiş üzvləri təbrik edib. O, bildirib ki, dövlət siyasətinin həyata keçirilməsində, şəffaflıq prinsipinin təmin olunmasında, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllində, vətəndaşların istək və təkliflərinin, həmçinin problemlərinin toplanaraq yerli icra hakimiyyəti orqanına təqdim olunmasında ictimai şuranın rolu böyükdür.

Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova RİH yanında İctimai Şuranın səlahiyyət müddətinin bitdiyini nəzərə alıb, RİHB-nin müvafiq Sərəncamı ilə yaradılmış komissiya tərəfindən seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirildiyini qeyd edid, eləcə də Şuraya seçilmiş yeni üzvlər haqqında məlumat verib.

Daha sonra İctimai Şuranın Rayon İcra Hakimiyyəti ilə kommunikasiyasının təşkili və əməkdaşlıq istiqamətləri barədə danışan şuranın sədri Rəşid Məmmədov və üzvləri bundan sonra da şuranın fəaliyyətinin ictimai maraq kəsb edən müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəklərini diqqətə çatdırıblar. Həmçinin, Şuranın təsdiq olunacaq Əsasnaməsi ilə bağlı müzakirələr aparılıb.

Keçidlər