Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı növbəti dəfə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb

21 sentyabr 2023 | 09:50
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
  RİH başçısı növbəti dəfə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.
  Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov sentyabrın 19-dan Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri haqqında məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Həmçinin, o, bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Etibar Əliyev də çıxış edərək ötən gün Prezident cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq qeyd edib ki, tarixi ədalət Azərbaycanın gücü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər