RİH başçısı növbəti dəfə 76 nömrəli tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb
07 sentyabr 2023 | 11:34
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
RİH başçısı növbəti dəfə 76 nömrəli tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri, həmçinin şəhid ailələri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov çıxış edərək rayonda aparılan abdlıq-quruculuq işləri haqqında məlumat verib, eləcə də bir neçə gün öncə 2023/2024-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanan məzunları təbrik edib. O, həmçinin bildirib ki, ötən tədris ilində tam orta təhsil səviyyəsi üzrə aparılmış yekun attestasiyanın nəticələrinə əsasən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin XI sinif məzunlarının qazandıqları 18 qızıl medaldan 5-i, 6 gümüş medaldan isə 2-si Suraxanı rayonunun payına düşür.
Eyni zamanda, Milli Məclisin deputatı Sevinc Fətəliyeva da çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlətimiz tərəfindən sosial sahədə, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.