Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı növbəti dəfə 278 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb

24 avqust 2023 | 15:31
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
RİH başçısı növbəti dəfə 278 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı Əziz Əzizov çıxış edərək Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın ölkəmizə, eləcə də onların ölkə başçımız cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birgə Füzuli və Şuşaya səfərləri barədə məlumat verib. O, həmçinin, BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində keçirilən növbədənkənar iclası haqqında danışaraq qeyd edib ki, Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını sözügedən iclasda rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu ölkəmizin xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Eyni zamanda, Milli Məclisin deputatı Etibar Əliyev də çıxış edərək aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər