Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı növbəti dəfə 101 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb

07 noyabr 2023 | 16:26
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
 RİH başçısı növbəti dəfə 101 nömrəli tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.
 Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
 İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 RİH başçısı Əziz Əzizov sakinləri qarşıdan gələn Şanlı tariximizin ən şərəfli və qürurverici səhifələrinə həkk olunmuş 8 noyabr – Zəfər günü münasibətilə təbrik edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı böyük qələbənin xalqımızın əsl qəhrəmanlıq səlnaməsinə çevrildiyini qeyd edib. O, bildirib ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Oktyabrın 15-də əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Sizin Xankəndi şəhərindən xalqımıza müraciətiniz ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
 Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Keçidlər