Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Əziz Əzizov növbəti dəfə oktyabrın 24-də 285 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb

24 oktyabr 2023 | 11:15
  Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
 Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
 RİH başçısı Əziz Əzizov növbəti dəfə oktyabrın 24-də 285 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsinin sakinləri ilə görüşüb.
 Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
 İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 RİH başçısı Əziz Əzizov çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, Ə.Əzizov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər səbəbindən sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən haqlı olaraq başlanılan antiterror tədbirlərini qaçılmaz etdi. RİH başçısı antiterror tədbirləri zamanı şəhid olmuş bütün hərbi qulluqçulara Allahdan rəhmət diləyib.
 Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
 Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər