Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Əziz Əzizov növbəti dəfə mayın 16-daHövsan qəsəbəsinin sakinləri ilə görüşüb

16 may 2024 | 16:47

RİH başçısı Əziz Əzizov növbəti dəfə mayın 16-da 126 saylı körpələr evi-uşaq bağçasında Hövsan qəsəbəsinin sakinləri ilə görüşüb.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, Ə.Əzizov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından, onun ölkə xaricindəki işgüzar, rəsmi və dövlət səfərlərindən söhbət açaraq bildirib ki, həmin səfərlər çərçivəsində keçirilən çoxsaylı görüşlər və imzalanan sənədlər ölkəmiz haqqında əsl həqiqətlərin dünya birliyinə çatdırılmasında, həmçinin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayır.
Həmçinin, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva bildirib ki, son illər Suraxanı rayonunun hər bir qəsəbəsində olduğu kimi Hövsanda da aparılan abadlıq işləri geniş vüsət alıb. Mərhələli şəkildə küçələr asfaltlanır, səliqə-səhman yaradılır, qəsəbənin siması günü-gündən dəyişir.
Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər