Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri arasında təşkil edilmiş nümunəvi qiraət, rəsm, esse və videoçarx müsabiqələrinin yekun mükafatlandırma mərhələsi keçirilib

09 iyun 2023 | 17:30
İyunun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Gənclər evinin, Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş nümunəvi qiraət, rəsm, esse və videoçarx müsabiqələrinin yekun mükafatlandırma mərhələsi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, müsabiqənin münsiflər heyəti və qalib şagirdlər iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək qalibləri təbrik edib və bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir. O, qeyd edib ki, Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. O, bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.
Həmçinin, RİHB-nin müavini Könül Axundova çıxışında 4 mərhələdə keçirilən müsabiqənin qaliblərini təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb, eləcə də münsiflər heyətinə təşəkkürünü bildirib.
Münsiflərin çıxışlarından sonra nümunəvi qiraət, rəsm, esse və videoçarx müsabiqələrinin qalibi olmuş 18 rayon məktəblisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Keçidlər