Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon məktəbliləri arasında təşkil edilmiş müsabiqənin nümunəvi videoçarx mərhələsi keçirilib

07 iyun 2023 | 10:23
“Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş müsabiqənin nümunəvi videoçarx mərhələsi keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon məktəbliləri hazırladıqları videoçarxlar haqqında məlumat verib və nümayiş olunan videoçarxlar münsiflər heyyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək bildirib ki, müsabiqənin məqsədi Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlıların üzə çıxarılmasıdır.
Müsabiqənin videoçarx mərhələsində V.Mirzəliyev adına 281 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Tağıyev Əli Həsənağa oğlu, A.Səfərov adına 114 №-li tam orta məktəbin 10-cu sinif şagirdi Qasımov Məhəmməd Fuad oğlu və 327 №-li tam orta məktəbin 11-ci sinif şagirdi Rzayeva Səkinə Məti qızı qaliblər seçilib.
Keçidlər