Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
Suraxanı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu avqustun 7-də keçirilib.
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİHB-nin birinci müavini Rəşad Hacıyev RİHB-nin müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.