Rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilir
01 may 2025 | 16:30
Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltlanma işləri davam etdirilir.
Hazırda Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi Elmaz Hacıyevin adını daşıyan küçədə 3450 kv/m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.