Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban Abbasov adına Mədəniyyət sarayında R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin təqdimatında “1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir keçirilib

31 may 2023 | 12:30
Mayın 31-də Qurban Abbasov adına Mədəniyyət sarayında R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin təqdimatında “1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri və digər qonaqlar iştirak ediblər.
Tədbir şagirdlərin təqdimatında rəngarən musiqilər, şerlər, mahnılar, rəqslərlə müşayət olunub.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini, bu sahədə genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırıb.
Keçidlər