Şriftin ölçüsü :

Saytın rəngi :

Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması ilə bağlı növbəti tədbir keçirilmişdir

14 mart 2023 | 15:38

06.03.2023-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətidə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3 - qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması və 10.12.4 - sağlam rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması bəndləri ilə bağlı növbəti tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbəsi Sosial-iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması, Suaraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Suraxanı RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndlikləri və o cümlədən yerli Bələdiyyələr cəlb olunaraq Dövlət Proqramının icrasının uğurla həyata keçirilməsi üçün işçi qrupu yaradılmışdır.

Proqramından irəli gələn Qida təhlükəsizliyi sahəsində qlobal meyillər, bu sahədə mövcud vəziyyət, əsas istiqamətlər və eləcədə icra müddətində göznənilən nəticələr barədə ətraflı söhbətlər aparılaraq əhali arasında qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində məlumatlandırıcı çap materialları paylanılaraq, konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyi bildirilmişdir.

Dövlət Proqramının müvafiq bəndlərinin uğurlu icrasını təmin etmək məqsədilə bundan sonra da icra müddəti zamanı beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqinin aparılacağı və monitorinqlər aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcəyi, icra müddətinə uyğunluğunun yoxlanılacağı bildirilmişdir.

Keçidlər