Qasımov Kamal Hüseyin oğlunun 40 mərasimi münasibətilə Hövsan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ehsan süfrəsi açılıb
31 oktyabr 2023 | 09:08
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2004-cü il təvəllüdlü Qasımov Kamal Hüseyin oğlunun 40 mərasimi münasibətilə Hövsan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ehsan süfrəsi açılıb.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.