Şriftin ölçüsü :

Saytın rəngi :

Qarlı hava şəraitində Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülür

21 fevral 2025 | 12:00
Sinoptiklərin hava şəraitinin dəyişəcəyi, qar yağması, yolların buz bağlaması ilə bağlı etdikləri xəbərdarlıqları nəzərə alaraq Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülmüş, “Rayon təsərrüfatının 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” Rayon İcra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış komissiya gücləndirilmiş iş rejimində çalışaraq qəsəbələrdə qərargahlar yaradılmış, xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilmiş, kifayət qədər duz və qum ehtiyatı hazırlanmışdır.
Ötən gündən yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə saatlarından rayon ərazisində yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilmişdir.
Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət edərək ehtiyatlı olmağı, qarlı havada təcrübəsiz sürücülərin yola çıxmamasını tövsiyə edirik.
Keçidlər