Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraçuxur qəsəbəsi, Q.Abbasov adına Mədəniyyət Sarayında Şuşa ilinə həsr olunmuş musiqili tədbir keçirilib

27 may 2022 | 11:41
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Xavər Ramazanova qonaqları salamlamış və bildirmişdir ki, Qarabağımızın işğaldan azad olunması sevincini bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə hər birimiz minnətdarıq. Ölkə başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu. Bu zəfərlə bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq.
Daha sonra Mədəniyyət Sarayının bədii rəhbəri Bəhiyyə Nağıyevanın və onun rəhbərlik etdiyi “Xəzər” Bədii Qiraət dərnəyinin üzvlərinin təqdimatında vətənpərvərlik mövzusunda şerlər və sevilən müğənnilərin ifasında mahnılar səsləndirilmişdir.
Keçidlər