Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən gün ölkə ərazisində güclü küləklə müşayiət olunan leysan xarakteli yağışlarla əlaqədar problemlərin qarşısının alınması məqsədilə Suraxanı RİH başçısı Adil Əliyev müşavirə keçirmişdir

16 aprel 2025 | 14:00
Ötən gün ölkə ərazisində güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlarla əlaqədar problemlərin qarşısının alınması məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən RİHB-nin müavinlərinin, şöbə müdirlərinin, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və kommunal xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmiş və tapşırıqlar verilmişdir.
Qeyd edək ki, RİH-də qərargah yaradılmış, gücləndirilmiş iş rejimində növbətçilik sistemi təşkil olunmuşdur.
Həmçinin, rayon ərazisində güclü külək nəticəsində aşmış ağaclar hissələrə bölünərək daşınmış, elektrik enerjisinin verilişində yaranmış problemlər aradan qaldırılmış, eləcə də iritutumlu su nasosları vasitəsilə su basmış ərazilər təmizlənmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Keçidlər