Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 7-də Vətən müharibəsi şəhidi Səbuhi Əsədovun anım günü qeyd olunub

07 oktyabr 2023 | 10:41
Vətən müharibəsi şəhidi Səbuhi Əsədovun anım günü qeyd olunub
Oktyabrın 7-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına layiq görülən şəhid Əsədov Səbuhi Azər oğlunun anım günü qeyd olunub.
Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, şəhid ailələri iştirak ediblər.
Anım günündə şəhidin Bülbülə qəsəbəsi Şəhidlər xiyabanında məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub.
Keçidlər