Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 31-də Vətən müharibəsi şəhidi Ruslan Rəcəbovun anım günü qeyd edilib

31 oktyabr 2023 | 09:03
Oktyabrın 31-də Vətən müharibəsi şəhidi Ruslan Rəcəbovun anım günü qeyd edilib
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Qarabağ” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Şəhid Rəcəbov Ruslan Rəcəb oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri şəhidin Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Keçidlər