Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 25-də Vətən müharibəsi şəhidi Coşqun Orucovun anım günü qeyd edilib

25 oktyabr 2023 | 13:42
Oktyabrın 25-də Vətən müharibəsi şəhidi Coşqun Orucovun anım günü qeyd edilib
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzuli azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Şəhid Orucov Coşqun Oruc oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 315 saylı tam orta məktəblərin kollektivi anım günündə şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Suraxanı Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışıb.
Həmçinin Milli Məclisin deputatı Sevinc Fətəliyeva xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin bu gün müasir, gözoxşayan yaşayış yerlərinə çevrildiyini vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər