Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Fərhad Babayevin anım günü qeyd edilib

23 oktyabr 2023 | 08:58
Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Fərhad Babayevin anım günü qeyd edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid Babayev Fərhad Məhərrəm oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 278 saylı tam orta məktəblərin kollektivi anım günündə şəhidin adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksi ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasimində qorxmaz, vətən sevdalı döyüşcü Fərhad Babayevin ölməz qəhrəmanlığından danışılıb.
Keçidlər