Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Elnur Şahbazovun anım günü qeyd edilib

23 oktyabr 2023 | 15:42
Oktyabrın 23-də Vətən müharibəsi şəhidi Elnur Şahbazovun anım günü qeyd edilib
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülən şəhid Şahbazov Elnur Qədir oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhidin məzun olduğu 89 və 101 saylı tam orta məktəblərin kollektivi Yeni Suraxanı qəsəbəsi Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını vurğulayan RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun dünyanı heyrətə salan döyüş əməliyyatlarından və nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Ölkə başçısının diplomatik görüşlərdə qazandığı uğurlardan, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi tarixi xidmətlərindən söz açan rayon rəhbəri Suraxanı rayonunda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Keçidlər