Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 11-də Vətən Müharibəsi şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun əziz xatirəsinə ithaf olunmuş ”Qarabağda Xilaskarlıq və Zəfər Missiyası” adlı kitabının təqdimat mərasimi keçirilib

11 oktyabr 2023 | 09:22
Oktyabrın 11-də N.Həmidov adına 208 №-li tam orta məktəbin məzunu, müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canını qurban verərək şəhidlik zirvəsinə ucalmış Vətən Müharibəsi şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun əziz xatirəsinə ithaf olunmuş ”Qarabağda Xilaskarlıq və Zəfər Missiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. 
Qeyd edək ki, müəllifi Etibar Kərimli, redaktoru Hüsna Ələkbərzadə olan “Qarabağda Xilaskarlıq və Zəfər Missiyası” adlı kitab Azərbaycanın hərb tarixindən, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müstəsna xidmətlərindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində göstərdiyi şücaətdən, Zəfər səlnaməmizin yazılmasında canından keçmiş şəhidlərimizdən və bu şəhidlərdən biri olan Fərzullazadə Mehdi Zaman oğlundan, onun qəhrəmanlığından bəhs edir.
Sözügedən kitabın təqdimat mərasimində şagirdlərin iştirakı ilə şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş bədii hissə nümayiş olunub.
Daha sonra məktəbin direktor əvəzi Gülbacı Salmanlı, şəhid Mehdi Fərzullazadənin anası Elvira xanım, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı Rayon təşkilatının sədr müavini Salman Əbdülov, Şəhid anaları, qazilər çıxış ediblər.
Sonda qonaqlar Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında şəhid Mehdi Fərzullazadənin və digər şəhidlərin məzarlarını ziyarət ediblər.
Keçidlər