Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə 11 oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11 oktyabr 2022 | 11:09
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Gənclər evinin və Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, İlahiyyatçı alim, psixoloqlar, rayonun nailiyyətlər əldə etmiş xanımları, şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Natavan Rüstəmova qonaqları salamlayaraq bu günün özəlliklərindən və cəmiyyətə əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib.
Mövzu ilə bağlı video-çarxın nümayişindən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevinc Ağayeva, İlahiyyatçı alim, Filologiya üzrə fəlsəfə doktoru və Hövsan qəsəbə ağsaqqalı Mirzə Vərağa Almasov, Sosial psixoloq və ailə məsləhətçisi İlhamə Mustafayeva, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, nüvəitələmə üzrə Azərbaycan rekordçusu, idmançı Günel Hüseynova və “Pearl Fitness Centre”-nin təsisçisi və rəhbəri Dürdanə Əliyeva çıxış edərək qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara dəstək məqsədilə dövlətimiz tərəfindən görülən tədbirlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, qızlar arasında erkən nikahın, eləcə də qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici söhbətlər aparıblar.
Həmçinin, S.S.Axundov adına 172 saylı tam orta məktəbin psixoloqu Səriyyə Cəfərova uşaqların internet təhlükəsizliyi, qızların rəqəmsal məkanda üzləşməsi mümkün olan bəzi risklərə dair prezentasiya ilə çıxış edib.
Sonda gimnast qızlar bədii gimnastika üzrə nümunəvi çıxışlar təqdim edib.
Keçidlər