Oktyabrın 10-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Xanım Fatimeyi-Zəhra" məscidində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib
11 oktyabr 2024 | 15:49
Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri vəzifəsini icra edən Anar Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə qazısı Qurban Əliyev, DQİDK və RİH-in əməkdaşları, eləcə də din xadimləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri vəzifəsini icra edən Anar Kazımov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıblar.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq şəhidlərimizin qisasını düşməndən layiqincə alıb.
Tədbir müzakirələrlə davam etdirilib.