Şriftin ölçüsü :

Saytın rəngi :

Nurəli Abdullayevin əziz xatirəsini yad etmək məqsədilə avqustun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb

28 avqust 2023 | 09:46
31 il əvvəl Daşaltı əməliyyatında şəhid olan və Daşaltı kəndində aşkar olunan kütləvi məzarlıqda qalıqları tapılan hərbi qulluqçumuz Nurəli Abdullayevin əziz xatirəsini yad etmək məqsədilə avqustun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılıb. 
Təşkil olunmuş tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib. Həmçinin, şəhidin ruhuna dualar oxunub.
Keçidlər