Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 5-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında Zəfər Günü münasibətilə tədbir təşkil olunub

05 noyabr 2023 | 15:04
Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
 Noyabrın 5-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında Zəfər Günü münasibətilə tədbir təşkil olunub.
 Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhid ailələri, qazilər, RİHB-nin şöbə müdirləri, rayonun idarə rəhbərləri iştirak ediblər.
 İlk öncə Əmircan qəsəbəsi, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
 Gənc istedadların 44 gün davam edən Vətən müharibəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərimizi təsvir edən rəsmlərinə baxış keçirilib.
 Daha sonra tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdimatında konsert proqramı ilə davam edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. O, şəhidlərin, qazilərin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan igid oğullarımızın əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.
 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Lalə Qəti və Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova qonaqlara təşəkkürlərini bildiriblər.
Keçidlər