Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 3-də Vətən müharibəsi şəhidi Vaqif Mərdanovun anım günü qeyd edilib

03 noyabr 2023 | 12:33
Noyabrın 3-də Vətən müharibəsi şəhidi Vaqif Mərdanovun anım günü qeyd edilib
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, Cəsur Döyüşçü medallarına layiq görülən Şəhid Mərdanov Vaqif Ədalət oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, 118 saylı tam orta məktəbin kollektivi şəhidin Hövsan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar
oxunub
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Keçidlər