Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 25-də şəhidimiz Mirzəzadə Nurəddin Burhan oğlunun anım günü qeyd edilib

25 noyabr 2023 | 10:31
Noyabrın 25-də şəhidimiz Mirzəzadə Nurəddin Burhan oğlunun anım günü qeyd edilib
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri şəhidin Zığ qəsəbəsi Dədə Qorqud Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
 Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib.
Keçidlər