Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 18-də Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anım günündə şəhid Səfərov Cəsarət Xaliq oğlu da anıldı

19 noyabr 2023 | 10:33
Noyabrın 18-də Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anım günündə şəhid Səfərov Cəsarət Xaliq oğlu da anıldı.
Qeyd edək ki, səfərovlar ailəsinin digər üzvü, Şahmar Səfərovun əmisi oğlu Səfərov Cəsarət Xaliq oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Şahmarla böyüyən Cəsarət elə onunla birlikdə vətənə layiqincə xidmət edib, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində şəhid olub.
Şəhid Şahmar Səfərovun anım günündə qəhrəman Cəsarət Səfərov da anılaraq məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.
Keçidlər