Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib

17 noyabr 2022 | 17:03
Müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Qəhrəmanov, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, RIHB-nin müavinləri və şöbə müdirləri, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və 1, 3 saylı XT MKTB-lərin rəisləri, rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, eləcə də digər dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə həyata keçirilən islahatlardan, əhalinin rifahının yüksəldilməsi üçün geniş vüsət alan abadlıq-quruculuq layihələrindən, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. RİH başçısı 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. Ə.Əzizov bildirib ki, kommunal xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxış edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2022-ci il noyabrın 10-da keçirdiyi müşavirədə verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyyələr veriblər.
Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov da çıxış edərək 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 01 sentyabr 2022-ci l tarixli Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığını, qış texnikası və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyini, texnikalara xidmət edən işçilərə isə hazırlıq təlimlərinin keçiriliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər