Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 15- dəSuraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hövsan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

15 dekabr 2022 | 16:31
Görüşdə RİHB-nin müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Hövsan qəsəbəsində Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulda RİH başçısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq keçirilən səyyar görüşlərdə sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər görüldüyünü bildirib. RİH başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb. O, ermənilərin Kəlbəcər rayonununda törətdiyi ekoloji terror və bununla bağlı Azərbaycanlı aktivistlərin, vətəndaş cəmiyyəti inistutlarının təmsilçilərinin, qeyri-hökumət təşkilatları nümayəndlərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya və onların haqlı tələbləri barədə fikirlərini diqqətə çatdırıb.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Keçidlər