Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 14-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib

14 noyabr 2024 | 17:42
Noyabrın 14-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 315 saylı tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Sakinlər küçələrin asfaltlanması və kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı müraciətlər ediblər.
RİH başçı Adil Əliyev sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər