Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adlarını şəhidlik zirvəsinə yazan, müqəddəs amal uğrunda əbədiyyətə qovuşan şəhidlərimiz Kərimov Əhməd Vaqif oğlunun və Əlizadə İslam Dursun oğlunun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb.

12 noyabr 2024 | 10:48

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan RİH başçısı bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaəti gələcək nəsillər üçün nümunə olacaq, Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.
Keçidlər