Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 11-də Vətən müharibəsi şəhidi Noçuyev Surxay Əbdül oğlunun oğlunun anım günü qeyd edilib

11 noyabr 2023 | 12:14
Noyabrın 11-də Vətən müharibəsi şəhidi Noçuyev Surxay Əbdül oğlunun oğlunun anım günü qeyd edilib.
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən Şəhid Noçuyev Surxay Əbdül oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini Rəşad Hacıyev, RİHBA-nın şöbə müdirləri, rayonun idarə rəhbərləri, şəhid ailələri, Fəxri Xiyabanda şəhidin məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Keçidlər