Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 10-da Vətən müharibəsi şəhidi Eissavi Muhamməd Mazen oğlunun anım günü qeyd edilib

10 noyabr 2023 | 12:07
Noyabrın 10-da Vətən müharibəsi şəhidi Eissavi Muhamməd Mazen oğlunun anım günü qeyd edilib.
 Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülən Şəhid Eissavi Muhamməd Mazen oğlunun anım günü qeyd olunub.
 Anım günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, rayonun idarə rəhbərləri, şəhid ailələri, 76 saylı tam orta məktəbin kollektivi şəhidin Hövsan qəsəbəsi Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Keçidlər