Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti uğur qazanmış şagirdimiz 290 №-li tam orta məktəbin şagirdidir

13 avqust 2023 | 10:27
Növbəti uğur qazanmış şagirdimiz 290 №-li tam orta məktəbin şagirdidir
Sözügedən məktəbin 11-ci sinif şagirdi Həsənov Rəsul Vasif oğlu Dr.CT 2023 (Design thinking with robotics and Computation Thinking international Computation Thinking International Competation) beynəlxalq olimpiadasında ölkəmizi təmsil edərək 31 ölkə arasında Azərbaycanın adını 1-ciliyə yüksəldib və qızıl medal qazanıb.
Qeyd edək ki, informatika suallarına əsaslanan bu olimpiada şagirdlərdə yaradıcılıq, məntiqi düşüncə və hesablama qabiliyyətlərinin, həmçinin proqramlaşdırma, kodlaşdırma bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. Onlayn qaydada və ingilis dilində keçirilən olimpiadada 1-11-ci siniflər iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyəti adından Rəsul Həsənovu və 290 №-li tam orta məktəbin kollektivini səmimi qəlbdən təbrik edir, yeni-yeni uğurlar diləyirik.
Keçidlər