Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya”- Dünyanı qaraldan ağ ölüm adlı maarifləndirici tədbir keçirilib

19 oktyabr 2022 | 12:11
19 oktyabr Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Gənclər Evi və “İnkişaf və Rifah Naminə” İctimai Birliyin birgə təşkilatçılığı ilə “Narkomaniya”- Dünyanı qaraldan ağ ölüm adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülşən Şixlarova, Gənclər və idman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova, “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin “Narkonaniya-Dünyanı qaraldan ağ ölüm” layihəsinin rəhbəri Amil Məmmədov və layihə eksperti, Qarabağ qazisi, politoloq Taleh Əliyev və rayon məktəblərinin şagirdləri iştirak ediblər.
İlk əvvəl Suraxanı Gənclər Evinin direktoru Natəvan xanım Rüstəmova çıxış edərək, tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim edib. Müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr və bununla bağlı ölkəmizdə aparılan tədbirlər barədə məlumatlar verib.
Daha sonra ekspert Taleh Əliyev tədbirin keçirilməsində məqsəd gənclərin narkomaniya və psixotrop maddələrin yaratdığı fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etdiyini bildirib. Qeyd edib ki, “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən birini olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqdisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etməkdir. Digər qonaqlar da mövzu haqqında fikirlərini bildirib, gənclərə pis vərdişlərdən və ətrafdakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə ediblər.
Sonda qonaqlar mövzu ətrafında gəncləri maraqlandıran sualları cavablandırıblar.
Keçidlər