Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Adilxan Əlmurad oğlunun 40 mərasimi keçirilib

05 noyabr 2023 | 15:01
 Noyabrın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı təminat işlərini yerinə yetirərkən həlak olmuş mülki qulluqçu 1973-cü il təvəllüdlü Məmmədov Adilxan Əlmurad oğlunun 40 mərasimi keçirilib.
 Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
 Məmmədov Adilxan Əlmurad oğlunun Əmircan qəsəbə Şəhidlər xiyabanında məzarı ziyarət olunub, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.
Keçidlər