Mayın 4-də 226 nömrəli tam orta məktəbdə Bülbülə qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirilib
04 may 2023 | 16:00
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir.
Mayın 4-də 226 nömrəli tam orta məktəbdə Bülbülə qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirilib. Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.