Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 3-də Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində YAP Suraxanı rayon təşkilatı tərəfindən “Nə qədər ki Azərbaycan var, mən də varam” adlı tədbir keçirilib

03 may 2023 | 10:37
Mayın 3-də Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində YAP Suraxanı rayon təşkilatı tərəfindən “Nə qədər ki Azərbaycan var, mən də varam” adlı tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənirdi. Ulu Öndəri hakimiyyətə xalq dəvət etdi. Çünki Heydər Əliyevi xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, bütün bir xalqı öz ətrafında birləşdirən və gələcəyə aparan öndər idi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib ki, müasir Azərbaycan Heydər Əliyevin xalqımıza tarixi mirasıdır. Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır: “Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır”.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Heydər Əliyev xalqın böyük müəllimi idi. Heydər Əliyev Azərbaycan xalqına rifah, müstəqillik bəxş etdi. Heydər Əliyev müstəqilliyi qorumağın onu əldə etməkdən daha çətin olduğunu öyrətdi.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrini qoruyan görkəmli dövlət xadimi – fenomenal şəxsiyyətdir. Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Şəhid anası, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Xalidə Həmzəyeva əldə olunan şanlı Zəfərimizin Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olduğunu deyib. Vətən müharibəsi qazisi Hasil Hümbətov isə vurğulayıb ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırıb.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib
Keçidlər