Mayın 18-də Suraxanı Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edib
18 may 2023 | 17:00
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir.
Mayın 18-də 290 nömrəli tam orta məktəbdə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, "D" yaşayış sahəsinin sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra RİH başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Etibar Əliyev rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat veriblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.