Mayın 1-də Suraxanıda RİH başçısının növbəti səyyar görüşü keçirilib
01 may 2025 | 12:15
Əhalini narahat edən problemlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin may ayı ərzində keçirilməsi nəzərdə tutulan qrafikə əsasən 01.05.2025-ci il tarixdə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Qaraçuxur qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, idarələrin və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan, ölkədə eləcə də, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələrdən bəhs edən RİH başçısı Adil Əliyev bildirib ki, çoxşaxəli, dinamik inkişaf və ictimai-siyasi sabitlik müasir Azərbaycanın əsas reallıqlarını təşkil edir.
Sakinlərin müraciət, təklif və şikayətlərini dinləyən RİH başçısı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.